• Moqerini: Avropa İrana qarşı sanksiya tətbiq etməyəcək
    Moqerini: Avropa İrana qarşı sanksiya tətbiq etməyəcək

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bu birliyin xarici işlər nazirlər səviyyəli iclasından öncə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədəki gümanları rədd edib.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bu gün bu birliyin xarici işlər nazirlər səviyyəli Lüksemburq iclasından öncə müxbirlərə deyib: İrana qarşı sanksiyaların tətbiqi barədə heç bir yeni qərar gözləməyin.

Moqerini əlavə edib: İran barədə İranın nüvə anlaşmasına tam dəstəyi gözləyin.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi vurğulayıb: Nüvə anlaşmasının qorunması Avropa üçün həyatidir və bu birliyin xarici işlər nazirləri Lüksemburqda bir daha nüvə anlaşmasının tam şəkildə icrasına öz öhdəliklərini vurğulayacaqlar.

Moqerini əlavə edib: Nüvə anlaşmasının təfərləri olan üç Avropa ölkəsi, yəni İngiltərə, Fransa və Almaniya digər üzvləri göstərilən səylərin, xüsusən Amerika dövləti və nüvə anlaşmasının qorunması üçün İranla işin davam etdirilməsi ilə bağlı səylərin nəticəsi ilə məlumatlandıracaqlar.

Moqerini vurğulayıb: Avropa bütün tərəflərin nüvə anlaşmasının tam şəkildə icrası üzrə öhdəliklərinə sadiq qalmaları üçün əlindən gələni edəcəkdir.

Moqerini deyib: İran öz nüvə öhdəliklərinə tam şəkildə sadiq olub və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də özünün bütün hesabatlarında onu təsdiq edibdir.

ABŞ prezidenti Donald Tramp mayın 12-də İrana qarşı nüvə sanksiyalarının dayandırılmasının uzadılması barədə öz qərarını elan etməlidir.

Apr 16, 2018 20:22 Asia/Baku
Şərhlər