• İngiltərə baş naziri Suriyaya qarşı raket hücumunu əsaslandırmağa çalışıb
    İngiltərə baş naziri Suriyaya qarşı raket hücumunu əsaslandırmağa çalışıb

İngiltərənin baş naziri Tereza Mey bu ölkənin Suriyaya qarşı hücumda Amerikanı müşayiət etməsini əsaslandırmaq üçün iddia edib ki, Bəşşar Əsəd dövlətinin Dumada kimyəvi hücumdan istifadə etməsinə cavab verməkdən başqa bir çarə yox idi.

İngiltərənin baş naziri Tereza Mey dünən ölkəsinin ABŞ və Fransa ilə birgə Suriyaya qarşı hücumu barədə İngiltərə parlamentində iddia edib ki, bu hücum Bəşşar Əsəd dövlətinin kimyəvi silahlardan istifadə etməyə olan təmayülü ilə mübarizə aparmaq üçün həyata keçirilib və bu hücumda məqsəd, Əsəd hökumətinin dəyişdirilməsi olmayıbdır.

Tereza Mey İngiltərənin Suriyaya qarşı hücumdakı iştirakının ölkəsinin milli maraqlarına görə olduğunu bildirib.

İngiltərə leyboristlər partiyasının lideri Ceremi Korbin də bu ölkə parlamentinin iclasında Suriyadakı hərbi addımı qanunsuz, həmçinin daxili və beynəlxalq lisenziyalar olmadan atılmış addım adlandırıb.

Tereza Mey hökumətinin Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzünə və Ərriyadın müdafiəsiz Yəmən xalqına qarşı kasset bombalarından istifadə etməsinə dəstək verməsini tənqid atəşinə tutan Ceremi Korbin sonra belə deyib: Görəsən, başqa ölkələr Yəməndə kasset bombalarından və ağ fosfordan istifadə edən səudların hava limanlarını bombardman edə bilərlərmi?

Teqlər

Apr 17, 2018 09:50 Asia/Baku
Şərhlər