• Rusiya: Suriyaya hücumun təkrarlanması kəskin reaksiyaya səbəb olacaq
    Rusiya: Suriyaya hücumun təkrarlanması kəskin reaksiyaya səbəb olacaq

Rusiya xarici işlər nazirinin müavini xəbərdarlıq edərək bildirib ki, Suriyaya hücumun təkrarlanması kəskin reaksiyaya səbəb olacaq.

Sergey Ryabkov vurğulayıb: Amerikanın və müttəfiqlərinin Suriyaya qarşı hücumunun təkrarlanması beynəlxalq qanunlara hörməti müdafiə edənlərin kəskin reaksiyalarına səbəb olacaq.

Rusiya xarici işlər nazirinin müavini deyib: Bu qəbildən olan hadisələrin gələcəkdə baş verməsi dünya ictimaiyyətindəki sülhsevər qüdrətlərin əlaqələrinin güclənməsilə nəticələnəcək və digər tərəflər beynəlxalq qanunlar qarşısında məsuliyyət hissi keçirən ölkələr sırasına qoşulacaqlar.

Sergey Ryabkov deyib: Suriyaya qarşı hərbi gücün işlədilməsi üzrə bütün bəhanələr siyasi və qanuni cəhətdən puç və əsassız idi.

Teqlər

Apr 17, 2018 14:14 Asia/Baku
Şərhlər