Apr 30, 2018 19:39 Asia/Baku
  • Ağ Ev sözçüsü lağa qoyulmasından hiddətlənib
    Ağ Ev sözçüsü lağa qoyulmasından hiddətlənib

Jurnalistlərin şam ziyafətində Ağ Ev sözçüsünün səsinin təqlid edilməsi Tramp dövlətinin bəzi rəsmilərinin xoşuna gəlməyib.

Dünən jurnalistlərin Ağ Evdə keçirilən şam ziyafətində amerikalı komik Mikle Volf, Ağ Evin sözçüsü Sara Sendersi təqlid edəndən sonra bu məsələ Tramp dövlətinin bəzi rəsmilərinin xoşuna gəlməyib.

ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton bu amerikalı komikin rəftarını qınayaraq, "Foks Nyus" telekanalına deyib ki, həmin mərasimdə iştirak etmədiyinə görə çox sevinir.

Belə bir halda, "Foks Nyus" telekanalının müxbirlərindən biri Mikle Volfdan istəyibdir ki, xanım Sendersin rəftarı və danışığını təqlid etdiyi üçün ondan üzr istəməlidir.

Həmçinin deyilənlərə görə, dünən jurnalistlərin Ağ Evdə keçirilən şam ziyafətinin təşkilatçılarından bəziləri də xanım Volfun bəzi yumoristik çıxışlarından narazı olduqlarını bildiriblər.

Teqlər

Şərhlər