• Kim Kye Quan - Koreya XİN başçısının müavini
    Kim Kye Quan - Koreya XİN başçısının müavini

Şimali Koreya xarici işlər nazirinin müavini ABŞ-a xəbərdarlıq etdi: Təhdid siyasəti davam edərsə, iki ölkə başçıları arasında görüş qərarını yenidən nəzərdən keçirəcəyik.

İRİB-nin verdiyi məlumata görə, Şimali Koreyanın xarici işlər nazirinni müavini Kim Kye Quan çərşənbə günü ABŞ hökumətinin son rəftarlarına və Şimali Koreya üçün şərtlər təyin etməsinə reaksiya olaraq deyib: Şimali Koreya heç vaxt Con Bolton kimi mənfur şəxslərin istəklərinə boyun əyməklə İraq və Liviyanın taleyinə düçar olması ilə razılaşmayacaq. 

Şimali Koreyanın xarici işlər nazirinin müavini həmçinin deyib: Əgər Vaşinqton öz pis niyyətindən əl çəkməzsə, Pxenyan ABŞ prezidenti Donald Tramp ilə görüşdə iştirak etməyəcək. 

Kim Kye Quan əlavə edib:  Şimali Koreya və ABŞ prezidentlərinin görüşü ərəfəsində amerikalı rəsmilər tərəfindən düşüncəsiz və təhrikedici açıqlamalar gəlir. Bu isə ədalətsiz rəftarın nişanəsidir. 

Şimali Koreya xarici işlər nazirinin müavini ölkəsinin tərksilah edilməsi lə bağlı ssenarilərin olması ehtimalına işarə edib və deyib: Liviya və ya İraq ssenarisindən söz açmaq xəbis bir hərəkətin olmasından xəbər verir. Zira bu iki ölkə dövlət qüdrətlərin istəyinə təslim olduqdan sonra, devrildilər. 

Kim Kye Quan sonda deyib: Əgər Tramp ABŞ və Şimali Koreya arasındakı keçmiş müzakirələrin taleyindnə dərs almazsa, gələcək müzakirələrin və ümumilikdə ABŞ və Şimali Koreya münasibətlərinin taleyinin necə olacağını indidən proqnoz etmək çətin olmayacaq. 

Teqlər

May 17, 2018 12:10 Asia/Baku
Şərhlər