• Tillerson Amerikada əxlaq böhranı haqda xəbərdarlıq etdi

ABŞ-ın keçmiş dövlət katibi amerikalıların həyatında artmaqda olan əxlaq və sədaqət boşluğunu tənqid edib.

Röyters-in verdiyi məlumata görə, ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson çərşənbə günü Virciniya Ştatında bir hərbi məktəbdə çıxış edərkən birbaşa olaraq prezident Donald Trampın adını çəkməsə də, dolayısı ilə ona işarə edərək, Amerikada sədaqət və əxlaq böhranının demokratiyanı təhdid etdiyini deyib.

Tillerson deyib: ABŞ başçıları həqiqətləri ört-basdır etmək və reallıqları gizlətmək istəyirlər. Belə bir şəraitdə ABŞ vətəndaşları azadlıqlardan uzaqlaşmaq və əmrlərə tabe olmaq yoluna istiqamətləndirilir.

Bu, Tillersonun vəzifədən kənarlaşdırılmasından sonra ilk açıq bəyanatı sayılır.

ABŞ prezidenti Donald Tramp iqtidara gəldiyi zamandan reallıqlar ilə heç bir əlaqəsi olmayan yalan bəyanatlar verməklə həqiqətləri tərsiinə yozmağa çalışır.

May 17, 2018 14:31 Asia/Baku
Şərhlər