• Vaşinqton Şimali Koreya qarşısında geri addım atdı

ABŞ hökuməti Cənubi Koreya ilə birgə hərbi manevrlə bağlı Pxenyan qarşısındakı mövqeyindən geriçəkilib.

İRNA-nın məlumatına görə, Şimali Koreyanın iyun ayında ABŞ prezidenti ilə görüşün ləğv edilməsi ehtimalından xəbər verməsinin ardınca Vaşinqton bu ölkənin nüvə başlıqları daşıyan bombardmançı təyyarələrinin Cənubi Koreya ilə birgə hərbi manevrdə iştirak etməyəcəyini bildirib.

Şimali Koreya ABŞ və Cənubi Koreya arasındakı birgə hərbi manevri özünə qarşı təhdid olaraq dəyərləndirib və bildirmişdi ki, bu məsələ Şimali Koreya və ABŞ prezidentlərinin Sinqapurda baş tutuacaq görüşülə bağlı Pxenyanın mövqeyinin dəyişməsinə səbəb ola bilər.

Məlumatlara görə, manevrin başlanmasından bir həftənin keçməsinə baxmayaraq, hələ də ABŞ-ın nüvə başlıqları daşıyan bombardmançı təyyarələrindən heç bir xəbər yoxdur.

Teqlər

May 17, 2018 16:34 Asia/Baku
Şərhlər