• İnsan haqları qrupları Haspelin səlahiyyətinin təsdiq olunmasından təəssüfləniblər
    İnsan haqları qrupları Haspelin səlahiyyətinin təsdiq olunmasından təəssüfləniblər

İnsan haqları qrupları Amerika senatının Cina Haspeli Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiq etməsindən təəssüf ifadə ediblər. Buna səbəb, onun bu casusluq təşkilatının sərt istintaq və həbslərində birbaşa iştirak etməsi olubdur.

İnsan haqları üzrə birinci qrupdan olan Raha Vala, Cina Haspelin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiq edilməsini ağılsız qərar adlandırıb.

Raha Vala əlavə edib: İnsan haqları üzrə birinci qrup Haspelə xəbərdarlıq edir ki, Amerikanın konqresi və xalqı ondan, heç vaxt belə bir proqramı geri qaytarmaycağına dair vədinə əməl etməsini gözləyirlər.

"Human Rights Watch" qrupundan olan Laura Piter də deyibdir ki, Haspelin təsdiq olunması Amerikanın keçmişdə olmuş pis rəftarlar və təcavüzlərlə mübarizədə uğursuz qalması anlamına gəlir.

May 18, 2018 11:44 Asia/Baku
Şərhlər