• BMT BA-da Fələstinə dəstək layihəsi böyük səs əksəriyyəti ilə qəbul olunub

BMT-nin Baş Assambleyası məzlum Fələstin xalqına dəstək çərçivəsində böyük səs əksəriyyəti ilə sionist rejimin fələstinlilərə qarşı cinayətlərini pisləyib və Amerika bir daha fələstinli Həmas təşkilatını pisləmək üzrə cəhdində nakam qalıbdır.

BMT-nin Baş Assambleyası dünən Qəzzə zolağındakı durumu araşdırmaq üzrə fövqəladə iclasında ərəb ölkələrinin Fələstin xalqına beynəlxalq dəstək barədə qətnamə layihəsini 120 lehinə, səkkiz əleyhinə və 45 bitərəf səslə qəbul edib.

BMT-nin Baş Assambleyası işğal olunmuş ərazilərə raket atmalarına görə Qəzzədəki Fələstin müqavimət qruplarını pisləyən ABŞ-ın təklif etdiyi qətnamə layihəsini qəbul etməyib.

BMT Baş Assambleyasının üzvləri ABŞ-ın təklif etdiyi qətnamə layihəsinə 62 lehinə, 48 əleyhinə və 42 bitərəf səs veriblər və bu qətnamə layihəsi səslərin əksəriyyətini qazana bilməyib. BMT Baş Assambleyasının bu addımı ilə Amerika bir daha bu assambleyada məğlubiyyətə uğrayıbdır.

Belə bir halda, ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli deyibdir ki, hazırda dünyada bir çox böhran mövcuddur, amma BMT sionist rejimin pislənilməsini istəyir.

Bundan öncə BMT Təhlükəsizlik Şurasının üzvləri Amerikanın bu şurada Küveytin Fələstin xalqına dəstək istiqamətində olan qətnaməsini veto etməsindən sonra, iyunun ikisində Rusiya, Boliviya və Küveytin üç əleyhinə və on bir bitərəf səs ilə ABŞ-ın təklif etdiyi qətnamə layihəsini rədd etdilər və təkcə Amerika öz qətnaməsinin lehinə səs verdi ki, bu da Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında tamamilə təcrid olunmasının nişanəsi idi.

Teqlər

Jun 14, 2018 08:43 Asia/Baku
Şərhlər