• Roma: Paris üzr istəməzsə, iki ölkə başçılarının görüşü ləğv olunacaq

İtaliyanın daxili işlər naziri Matteo Salvini dünən xəbərdarlıq edərək deyib: Əgər Fransa rəsmi şəkildə Romadan üzr istəməzsə, İtaliyanın baş naziri Cüzeppe Kontenin Fransa prezidenti Emmanuel Makron ilə görüşü ləğv oluna bilər.

Belə bir halda, İtaliyanın iqtisadiyyat naziri də fransız həmkarı ilə görüşünü ləğv edibdir.

Parisin Romanın mühacirət siyasətlərini tənqid etməsinə etiraz olaraq İtaliyanın xarici işlər nazirliyi də dünən Fransanın Romadakı səfirini çağırtdırıbdır.

İtaliyanın yeni hökumətinin daxili işlər naziri bazar günü Aralıq dənizi dalğalarından xilas edilmiş 600-dən çox mühaciri daşıyan "Akvarius" gəmisinə sahilə yan almaq icazəsi vermədi.

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı günü İtaliya hökumətinin "Akvarius" gəmisinə bu ölkənin cənub limanına yan almaq icazəsi verməməsini kəskin şəkildə tənqid edərək, onu məsuliyyətsizcəsinə bir hərəkət adlandırmışdı.

Misli görünməmiş mühacirlər böhranı Qərbin başlıca olaraq Yaxın Şərq və Şimali Afrika ölkələrindəki müdaxilə mahiyyətli siyasətləri nəticəsində yaranıb və Avropanı da özü ilə məşğul edibdir.

Teqlər

Jun 14, 2018 15:22 Asia/Baku
Şərhlər