• Moskva Dünya Futbol Çempionatı astanasında
    Moskva Dünya Futbol Çempionatı astanasında

“Rusiya-2018” dünya futbol çempionatına artıq saatlar qalır. Bütün dünyanın gözü Moskvadadır. Bütün futbol azarkeşlərinin ürəyi isə Rusiyada döyünür.

“Dünya Futbol Çempionatı – 2018” açılış mərasimindən öncəki gecə Moskvada atəşfəşanlıq təşkil edilib. Rusların sevinclərinin həddi-hüdudu yoxdur. Cümə axşamı milyonlarla futbol azarkeşinin ürəyi məhz burada, Rusiyada döyünəcək.

Moskvanın hər bir guşəsi sevinc və həycanla dolu anların şahididir. Futbol həyəcanı zirvələrə yüksəlib. Azarkeşlərin toplaşdıqları məkanlar isə fərqli mədəniyyətlərin festivalına çevrilib və müxtəlif ölkələrin bayraqları dalğalandırılır.

Azarkeşlərdən biri deyir: “Dünya Futbol Çempionatı Rusiyaya yeni bir can verib.”

Bir başqa azarkeş is deyir: “Belə bir həyəcana sadəcə Dünya Çempionatında rast gəlmək olar.”

Dünya Çempionatını səbrisziliklə gözləyən azarkeşlərdən biri isə öz həyəcanını gizlədə bilmir: “İndiyə kimi belə bir hissi təcrübə etməmişdim.”

Xarici azarkeşlər də ruslardan geri qalmırlar: “Dünya Çempionatının başlanmasını səbirsizliklə gözləyirik.”

Dünya Çempionatında iştirak edən 32 komanda arasında iranlı azarkeşlərin daha artıq  həyəcana malik olduğunu desək, yanılmarıq.

İranlı azarkeşlərdən biri deyir: “Hər kəs burda iranlıların daha böyük enerjiyə malik olduqlarını yaxşı bilir.”

Bir başqa azarkeş isə deyir: “Ölkəmizlə, vətənimizlə və komandamızla fəxr edirik.”

Gənc iranlı azarkeş də öz həyəcanını gizlədə bilmir: “Komandamızı çox sevirəm”.

 

Bəziləri isə İran komandasının növbəti mərhələyə yüksələcəyinə də inanır: “Ümid edirəm Mərakeşi məğlub edək”.

Bir başqası isə deyir: “Mərakeşi də, Portuqaliyanı da məğlub edəcəyik”.

“Mərakeşdən 3, digər oyunlardan isə 1 xal əldə edib, növbəti mərhələyə yüksələcəyik.”

Bəziləri isə İranın qrup mərhələsindən çıxa biləcəyinə inanmır: “Bu imkansızdır”.

Bir başqası isə deyir: “Mənasız ümidlərə qapılmamalıyıq. Gözəl bir oyun kifayət edər.”

Moskva və daha 10 şəhər Dünya Çempionatının başlanmasına saatlar qalmış bu böyük hadisəyə tam hazırdır və medialar da açılış mərasimini canlı olaraq yayımlamaq üçün bütün imkanlarını səfərbər ediblər. Hazırda isə Moskvanın “Lıjniki” stadionunda fırtına öncəsi sakitlik hökm sürür.

 

Jun 14, 2018 16:26 Asia/Baku
Şərhlər