Jun 16, 2018 12:36 Asia/Baku
  • Rüşvət ödəmək üstündə Seulun kəşfiyyat orqanının üç sabiq rəsmisi üçün həbs hökmü çıxarılıb
    Rüşvət ödəmək üstündə Seulun kəşfiyyat orqanının üç sabiq rəsmisi üçün həbs hökmü çıxarılıb

Cənubi Koreyanın paytaxtı Seul şəhərindəki bir məhkəmə bu ölkənin kəşfiyyat təşkilatının sabiq baş rəsmilərindən üç nəfərin bu ölkənin sabiq prezidentinə rüşvət ödəmək günahı ilə həbs olunmasından xəbər verib.

Seul şəhərinin mərkəzi məhkəməsi bu gün bir bəyanatda bildirib ki, Cənubi Koreyanın kəşfiyyat təşkilatının Li Byun Ki, Li Byun Hu və Nam Se Cun adında olan üç sabiq rəisi bu ölkənin sabiq prezidenti Pak Kın He-yə rüşvət ödəməkdə müqəssir biliniblər. Müttəhimlərdən ilk iki nəfərin hər birinə üç il yarım, sonuncu müttəhimə isə üç il iş kəsilib.

Seul şəhərinin mərkəzi məhkəməsi bildirib ki, bu şəxsər 2013-2016-cı illər arasında Pak Kın He-yə 3,5 milyard von, başqa sözlə, 3.2 milyard dollar rüşvət ödəyiblər.

İyunun 14-də Cənubi Koreya prokurorluğu bu ölkənin sabiq prezidenti üçün 12 il həbs cəzası və 7 milyon 380 min dollar cərimə kəsilməsi ilə bağlı tələbdən xəbər verdi.

Teqlər

Şərhlər