Jun 22, 2018 17:43 Asia/Baku
  • Nigeriyada vəba epidemiyası nəticəsində 25 nəfər həlak olub
    Nigeriyada vəba epidemiyası nəticəsində 25 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində vəba epidemiyasının yayılması nəticəsində 25 nəfər həlak olub.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Nigeriya hökuməti bir bəyanatda bildirib: Ölkədə vəba epidemiyasına yoluxma ilə bağlı 12 yeni hal qeydə alınıb və beləliklə bu xəstəliyə yoluxanların sayı 1349 nəfərə çatıb.

Nigeriya hökumətinin bildirdiyinə görə, 2018-ci il may ayından indiyədək vəba xəstəliyi şimal-şərqdə Adamava əyalətində yayılıb və şimalda Mubi və cənubda Mayha və Honq bölgələrində də aşkarlanıb.

Nigeriyada vəba epidemiyası əhali sıxlığı olan bölgələrdə su təminatı sisteminin keyfiyyətdən aşağı olması nəticəsində yayılıb.

Teqlər

Şərhlər