Jun 24, 2018 20:47 Asia/Baku
  • Almaniya kansleri AB-nin mühacirlərlə bağlı ortaq məxrəcə gəlməsini çətin məsələ adlandırıb

Almaniya kansleri Angela Merkel Avropa Birliyinə üzv ölkələrin mühacirlərlə bağlı məsələdə ortaq məxrəcə gəlməsi ehtimalının zəif olduğunu dedi.

İRİB-nin verdiyi məlumata görə, Angela Merkel bazar günü Avropa Birliyinə üzv ölkələrin mühacirlərlə bağlı məsələ üzrə sammit iclasından öncə, bu mövzu ilə bağlı ortaq razılığın əldə edilməsini çətin adlandırıb.

Almaniya kanselri həmçinin deyib: Avropa Birliyinə üzv ölkələrin sammitinin müsbət nəticə əldə etməsi ehtimalı çox zəifdir.

Fransa prezidenti Emanuel Makron da bu günkü Brüssel iclasından öncə immiqrantlarla bağlı məsələdə təsirli həll yolunun tapılmasını zəruri adlandırıb və deyib: Avropa hal hazırda mühacirlərlə bağlı çox ciddi bir siyasi böhranın şahididir.

AB ölkələri arasında immiqrantlarla bağlı fikir ayrılığı son vaxtlar xeyli dərinləşib.

İtaliya hökuməti AB-nin mühacirlərlə bağlı siyasətlərinə qarşıdır.

Bəzi Avropa ölkələri başçıları da bu gün Brüsseldə immiqrantlarla bağlı sammit iclasında iştirakdan imtina ediblər.

Teqlər

Şərhlər