İyun 25, 2018 20:00 Asia/Baku
  • Moqerini AB-nin mühacirət mənşəyi olan ölkələrlə həmkarlığını vurğulayıb
    Moqerini AB-nin mühacirət mənşəyi olan ölkələrlə həmkarlığını vurğulayıb

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Avropa sammitinin nəticələrini təsdiqləyərək, vurğulayıb ki, bu birlik immiqrasiya böhranını aradan qaldırmaq hədəfilə onun mənşəyi olan ölkələrlə həmkarlıq etməlidir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini dünən Brüsseldə keçirilən Avropa sammitinin nəticələri barədə bildirib ki, bu birlik, üzv ölkələrin Avropaya mühacirətin əsas mənşəyi olan qeyri-üzv ölkələrlə həmkarlığının genişləndirilməsi vacibliyi barədəki razılaşmanı himayə edir.

Moqerini əlavə edib: Miqrant yaradan ölkələrdə inkişaf layihələri və kredit mənbələrini artırmaq lazımdır ki, bu ölkələrin vətəndaşlarının Avropaya mühacirətlərinin qarşısı alınmış olsun.

Brüssel sammitində Avropa Birliyinə üzv on altı ölkənin dövlət başçıları iştirak ediblər.

Bu sammit ilə bir zamanda İtaliya və Malta bildiriblər ki, bir qrup miqrantı daşıyan "Layf Layn" gəmisini qəbul etməyəcəklər.

İtaliya və Malta ötən günlərdə də 627 miqrantı daşıyan Akvarius gəmisinin öz limanlarına yan almasını əngəlləmişdilər.

Bununla bağlı, Fransa və Almaniya başçıları bazar günü mühacirlərin qəbul edilmələri barədə Avropa Birliyinə üzv ölkələr arasında çoxtərəfli razılaşmaların əldə olunmasını istədilər.

Teqlər

Şərhlər