• Britaniyada Tramp əleyhinə etirazlar davam edir
    Britaniyada Tramp əleyhinə etirazlar davam edir

Brüsseldə NATO sammitində iştirak etdikdən sonra Britaniyaya səfər edən ABŞ prezidenti Donald Tramp Londonda geniş etirazlarla qarşılanıb.

Britaniya rəsmiləri onu təmtəraqla qarşılasalar da, əhali Trampın gəlişinə sevinməyib. 

ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə Paris müqaviləsindən çıxmasını və ümumilikdə yürütdüyü xarici siyasəti dəstəkləməyən etirazçılar “Tramp, evinə qayıt!”, “Dünyanın bir nömrəli irqçisi”, “Trampa və müharibəyə yox de!” yazılan plakatlar tutaraq kütləvi aksiya keçiriblər. Həmçinin, paytaxt Londonda qadınların “Trampı dayandırın” adlı marşı keçiriləcək.

Tramp isə britaniyalıların etirazından qorxmadığını deyib.

Qeyd edək ki, Britaniyaya səfəri çərçivəsində Tramp bu günlərdə istefa verən xarici işlər naziri Boris Consonla da görüşməyi planlaşdırır. Tramp Consonu Böyük Britaniyanın baş naziri postuna yaxşı namizəd adlandırıb.

Teqlər

Jul 13, 2018 21:29 Asia/Baku
Şərhlər