• Daha bir dövlət rəsmisi Trampın komandasını tərk etdi
    Daha bir dövlət rəsmisi Trampın komandasını tərk etdi

Birləşmiş Ştatlarda hakimiyyətin daxilindəki ixtilafların dərinləşməsi ilə daha bir dövlət rəsmisi öz vəzifəsindən istefa verib.

CBS Nyus-un verdiyi məlumata görə, Ağ Evdə daxili çəkişmələrin artmasının ardınca Ağ Evin hüquq məsələləri üzrə müdiri Mark Şort öz vəzifəsindən istefa verərək, Trampın komandasını tərk edib.

Mark Şort 2018-ci ilin avqust ayının əvvəllərində öz vəzifəsindən ayrılaraq, Ağ Evdən gedəcək. Deyilənlərə görə, Mark Şort Ağ Evi tərk etdikdən sonra Vircinya Universitetinin ümumi məsələlər mərkəzində işləyəcək.

Ağ Evin ofis rəisi Con Koli də bir bəyanat yayaraq, Mark Şortun istefa verməsi xəbərini təsdiq edib.

Asoşeyted Press-in verdiyi məlumata görə, Trampın prezidentliyi dövründə Ağ Evin işçiləri arasındakı dəyişikliklər rekord həddə çatıb.

Bu məlumata görə, 30 iyun 2017-ci ildən bəri Ağ Evin 141 çalışanı öz işini tərk edib.

Teqlər

Jul 13, 2018 21:48 Asia/Baku
Şərhlər