• Nikol Paşinyan
    Nikol Paşinyan

Ermənistan baş naziri bu ölkənin Əfqanıstandakı hərbi iştirakının davam edəcəyini vurğulayıb.

Nikol Paşinyan NATO-nun Brüssel sammitindəki çıxışında deyib ki, Ermənistan NATO-nun "qətiyyətli dəstək" tapşırığı çərçivəsində Əfqanıstandakı hərbi iştirakını davam etdirməyə hazırdır.

Hazırda Əfqanıstanda 130 Ermənistan hərbçisi var.

Qeyd edək ki, Almaniya Ermənistan qüvvələrinin Əfqanıstandakı hərbi iştirakının xərclərini ödəyir.

Teqlər

Jul 14, 2018 08:27 Asia/Baku
Şərhlər