Jul 29, 2018 08:47 Asia/Baku
  • ABŞ Livan əleyhinə sanksiyalarının müddətini uzatdı
    ABŞ Livan əleyhinə sanksiyalarının müddətini uzatdı

ABŞ prezidenti Livan əleyhinə sanksiyaların və "fövqəladə milli vəziyyət"in müddətini daha bir il üçün uzatdı.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ağ Ev bir bəyanat yayaraq bildirib: 2007-ci ildə ABŞ prezidenti Livanla bağlı "fövqəladə milli vəziyyət" elan edərək, bu ölkəyə qarşı sanksiyalar tətbiq etdi. Və indi prezident Tramp bu sanksiyaların müddətini daha bir il üçün uzatdı. 

Ağ Evin bəyanatında həmişə olduğu kimi Livan Hizbullahına qarşı əsassız ittihamlar irəli sürülüb.

Ağ Ev Livan Hizbullahının bəzi hərəkətlərinin bu ölkənin milli hakimiyyətini zəiflətdiyini iddia edir. 

Livan Hizbullahı bir müqavimət hərəkatı olaraq 2018-ci ilin mayında ölkədə keçirilən parlament seçkilərində ən çox səs toplayan tərəf olub. Belə ki, parlamentin 128 yerindən 67-si Livan Hizbullahına aiddir. 

Teqlər

Şərhlər