Aug 06, 2018 11:37 Asia/Baku
  • ABŞ-da polisin aksiyaçılarla kobud rəftarına etiraz edilib
    ABŞ-da polisin aksiyaçılarla kobud rəftarına etiraz edilib

Amerikanın Oreqon ştatının Portlend şəhərində polisin aksiyaçılarla kobud rəftarı sosial və vətəndaş qruplarının kəskin tənqidlərinə səbəb olubdur.

Oreqonda vətəndaş azadlıqları birliyinin sədri Devid Rocers dünən gecə bir bəyanat yayaraq, Portlend polis idarəsinin etirazçılara qarşı reaksiyasını üzdəniraq azad Amerika cəmiyyəti üçün tamamilə qəbuledilməz bir hərəkət adlandırıb və belə deyib: Həddən artıq zorakılıqdan ardıcıl surətdə istifadə və aksiyaçıları hədəfə alma, xalqın hüquqları üçün bir təhlükədir.

Rocers Portlend polisi və meriyasından istəyibdir ki, tez bir zamanda etirazçılara qarşı silah, sursat və partlayıcı maddələrdən istifadəyə son qoysunlar.

Portlend şənbə günü bu ilin yayında üçüncü dəfə olaraq, ifratçı sağçılar ilə onların müxaliflərinin aksiyaları və qarşıdurmalarının, onun ardınca da polisin kobud müdaxiləsinin şahidi olubdur.

Müşahidəçilər deyiblər ki, polis ifratçılıq və irqçiliyə qarşı çıxan fəalların əleyhinə meydana girərək, onlara qarşı keyləşdirici qumbara və rezin güllələr işlədibdir. Belə ki, etirazçılardan bir neçəsi, eləcə də bir jurnalist yaralanıbdır.

Deyilənlərə görə, ifratçıların başçısı Cozef Gibson bu dəfə aksiya məkanını Portlend parkına dəyişmişdi ki, onun tərəfdarlarl özləri ilə gizli silah daşıya bilsinlər.

Donald Trampın Ağ Evə gəlməsi ilə Amerikada ekstremist sağçılar və rasistlərin zorakılıqları şiddətlənibdir.

Tramp daim bu qrupların hərəkətlərinə dəstək veribdir.

Teqlər

Şərhlər