• Çin Amerikaya xəbərdarlıq etdi
    Çin Amerikaya xəbərdarlıq etdi

Çinin beynəlxalq radiosu bir reportajda İran neftinin ixracatına qarşı Amerika tərəfindən sanksiya tətbiq edilməsinin dünyada enerji daşıyıcılarının qiymətinin artması ilə nəticələnəcəyini bildirərək buna görə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Çinin beynəlxalq radiosu bu gün bildirib ki, Amerika tərəfindən İran neftinin alıcılarının təhdid edilməsi neftin qiymətinin qalxmasına səbəb olacaq və Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının qayıtması neftin qiymətini gözə çarpacaq həddə artıracaq. 

Çin radiosu bildirib: Müxtəlif ölkələrin və beynəlxalq ictimaiyyətin ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxması və İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsinə qarşı çıxdığını nəzərə alaraq ABŞ rəhbərlyi tərəfindən bu qərarın sonunda İran İslam Respublikasının xeyirinə olacağı bildirilir. 

Çinin beynəlxalq radiosu bu reportajda Amerikanın İranla nüvə sazişindən çıxması, digər ölkələr o sıradan Çin ilə ticarət savaşına girməsinə dair siyasətlərinin beynəlxalq ticarət və iqtisadiyyata qarşı olduğu bildirilir və bu siyasətlərin mənfi nəticələri barədə xəbərdarlıq edilir. 

Çin beynəlxaq radiosu bildirib: Amerikanın Çin ilə ticarət qarşıdurması da dünya ticarətinə və ticarət sahəsindəki etimada mənfi təsir edib və bu prossesin davam etməsi iqtisadi durğunluğa və infilyasiyanın artmasına səbəb olacaq. 

Öncə bir çox iqtisadiyyatçılar İrana qarşı neft sanksiyasının dünya səviyyəsində neftin qiymətinə təsiri barədə xəbərdarlıq etmişdilər. 

 

Teqlər

Aug 10, 2018 19:29 Asia/Baku
Şərhlər