• Kanadanın şərqində atışma; 4 nəfər ölüb

Kanada polisi ölkənin şərqində baş verən atışmada 4 nəfərin öldüyünü bildirib.

CBC telekanalının verdiyi məlumata görə, Kanada polisi bildirib ki, bu gün Nyu-Bransvik vilayətinin Fredrikton şəhərində baş verən silahlı insident nəticəsində 4 nəfər həyatını itirib. 

Kanada polis rəsmiləri hələ bu hadisəni törədən şəxsin kimliyi və hadisənin təfərrüatı barədə məlumat verməyiblər. 

Kanada polisi hadisə yerinə yaxın vətəndaşlardan evlərindən çıxmamalarını və qapını qıfıllamalarını istəyib. 

Bu məlumata görə, yardımçı qüvvələr hadisə yerinə göndəriliblər. 

Bəzi mediyalar Fedriktondakı atışmanın terror aktı olması ehtimalını bildiriblər. 

 

Aug 10, 2018 19:29 Asia/Baku
Şərhlər