• Qazaxıstanda 80-dən çox telekanalın fəaliyyəti dayandırılıb
    Qazaxıstanda 80-dən çox telekanalın fəaliyyəti dayandırılıb

Qazaxıstanın Rabitə və İnformasiya Nazirliyi bu ölkədə 88 xarici telekanalın fəaliyyətinin dayandırılmasından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Qazaxıstan Rabitə və İnformasiya Nazirliyi bu gün bir məlumatda belə bir qərarın səbəbini həmin telekanallar tərəfindən yerli qanunlara riayətin olunmaması ilə əsaslandırıb. 

Qazaxıstanda fəaliyyət göstərən bütün radio və televiziya kanalları yeni qanuna görə cari il 9 iyula qədər qeydiyyatdan keçməli və bu nazirliyə öz nümayəndələrini təqdim etməli idilər. 

Qazaxıstanda fəaliyyəti dayandırılmış telekanallar arasında Raşa Tudey, Blomberq, Skay Nyus və Foks Nyus kimi telekanalların adları da müşahidə olunur. 

2016-cı ildə Qazaxıstanda xarici telekanallarda reklama qadağa tətbiq edilmişdi.

Aug 10, 2018 20:26 Asia/Baku
Şərhlər