• ABŞ-Çin ticarət savaşı gərginləşəcək
    ABŞ-Çin ticarət savaşı gərginləşəcək

"Fitch Ratings" rəy sorğusu müəssisəsinin proqnozlaşdırdığına görə, Amerika ilə Çin arasında ticarət savaşı daha da gərginləşəcək.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Fitch Ratings institunun son rəysorğularının nəticələrinə görə Vaşinqton ilə Pekin arasındakı ticarət müharibəsi daha da gərginləşəcək. 

Müəssisənin rəhbərlərindən olan Ceyms Mak Kormak deyib: ABŞ ilə Çin arasındakı ticarət savaşının daha da gərginləşəcəyi və iki ölkə arasında ticarət kəsrinin daha da artacağını deməyə əsas verən çoxlu dəlillər var. 

Amerika ilə Çin arasında ticarət savaşı 8 martda başlanıb və ABŞ Çindən Alüminum və polad idxalına 10-25 faizlik tarif tətbiq edib. 

Tramp hökuməti ötən iyul ayında da Çin istehsalı olan mallara o sıradan televizor və video detallarına 25 faizlik tarif tətbiq etdi. 

Çin də Amerikadan idxal olunan o sıradan yanacaq, avtomobil detalları və tibbi təchizatlara 16 milyard dollar dəyərində 25 faizlik tarif tətbiq etdi, bu qərar 23 avqustdan icra ediləcək. 

Aug 10, 2018 21:28 Asia/Baku
Şərhlər