• Rusiya və Yunanıstan arasında diplomatik savaş

Yunanıstan cavab tədbirində Moskvadakı səfirini geri çağırıb.

Afina ilə Moskva arasındakı çəkişmələrin artmasından, iki rus diplomatın Yunanıstandan çıxarılmasından və Rusiyanın qarşılıqlı addımından sonra Yunanıstan sonda Moskvadakı səfiri  Andreas Friqanası geri çağırıbdır.

Yunanıstan ötən ay iki rus diplomatı ölkəsindən çıxarmaqdan əlavə, digər iki rus diplomatın da bu ölkəyə gəlməsinə qadağa qoydu. Afinanın iddiasına görə, bu diplomatlar Yunanıstanın daxili işlərinə qarışmaqda və yunan rəsmilərə rüşvət verməkdə ittiham olunmuşdular.  Afina bu tədbirlərin səbəbini rus diplomatların Yunanıstan ilə Makedoniya arasında bu ölkənin adının dəyişdirilməsi üstündə əldə olunmuş razılığı pozmağa çalışmaları adlandırıb.

Yunanıstan və Makedoniya keçən ay bir razlılıq əldə ediblər. Bu razılığa əsasən, bu ölkənin adı Şimali Makedoniya Respublikasına dəyişdirilir ki, onun NATO-ya üzvlüyünə şərait yaranmış olsun.

Aug 11, 2018 09:51 Asia/Baku
Şərhlər