• Xəzəryanı ölkələrin rəhbərlərinin birgə bəyanatı
    Xəzəryanı ölkələrin rəhbərlərinin birgə bəyanatı

5 Xəzəryanı ölkənin başçıları Xəzər dənizinin hüquqi konvensiyasını imzaladıqdan sonra müştərək bəyanat yayaraq bildiriblər ki, bu konvensiya bütün tərəflərin mənafeləri nəzərə alınaraq və hamının razılığı əsasındadır.

İİR prezident aparatının informasiya portalının verdiyi məlumata görə, bu gün Qazaxıstanın Aktau limanında yayılan 5 xəzəryanı ölkənin prezidentlərinin birgə bəyanatında deyilir: Xəzər dənizinin hüquqi konvensiyası ətraflı bir sənəd olaraq, bu günkü zərurətləri özündə əhatə edir və 5 xəzəryanı ölkə arasında gələcəkdəki ətraflı əməkdaşlıqların gücləndirilməsini hədəfə alıb. 

5 xəzəryanı ölkə bu bəyanatda bildiriblər ki, bu ölkələrin XİN-ləri və səlahiyyətli nümayəndələri tərəfindən konvensiyanın icrası üçün müzakirələrin aparılması, xəzərdə əməkdaşlıqların araşdırılması yolları və ilk müzakirələrin altı aydan sonra keçirilməsi müəyyənləşdirilib. 

Bəyanata görə, birbaşa başlanğıc xətlərinin təyin edilməsi metodu ilə əlaqədar razılaşmanın ilkin mətninin hazırlanması və razılaşdırılması prossesinə start verilməsi qərara alınıb. 

Teqlər

Aug 12, 2018 17:36 Asia/Baku
Şərhlər