• Amerikada irqçiliyə qarşı aksiya
    Amerikada irqçiliyə qarşı aksiya

ABŞ-ın Virciniya ştatının Şarlottesvill şəhərində baş verən hadisələrdən bir il sonra bu şəhər əhalisindən ibarət bir qrup aksiya keçirərək hərhansı irqi zorakılığı pisləyiblər.

Vaşinqton Postun verdiyi məlumata görə, aksiya güclü təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. 

Aksiyaçılar üzərində " ötən il məşəllə bu il isə medalla gəlmişik" yazılmış plakatlar daşıyıblar. İrqçiliyə etiraz edənlər həmçinin daşıdıqları plakatlar vasitəsi ilə Donald Trampın siyasətlərini pisləyiblər və ölkədə irqçilərin təxribatçı hərəkətləri üçün lazımı şəraitin olduğunu və hökumətin onlara qarşı heç bir ölçü götürmədiyini qınayıblar. 

Ötən il 11 avqustda bu şəhərdə irqçilərin yürüşləri zamanı onlarla irqçiliyə qarşı olanlar arasında toqquşmalar baş verdi. 

Hadisə zamanı sürətlə idarə olunan bir avtomobil irqçiliyə qarşı aksiya keçirənlərin üstünə sürdü və bu hadisədə bir nəfər öldü 21 nəfər yaralandı. 

Teqlər

Aug 12, 2018 17:37 Asia/Baku
Şərhlər