• Avropa nüvə sazişini dəstəkləyib
    Avropa nüvə sazişini dəstəkləyib

Almaniyanın iqtisadiyyat naziri deyib ki, ölkəsi və müttəfiqləri Vaşinqtonun təzyiqlərinə rəğmən İran ilə əlaqədə olan şirkətlərə dəstəyini davam etdirəcək.

Röytersin verdiyi məlumata görə, Piter Altmayer Avropanın İran ilə əlaqədar ABŞ-ın təzyiqlərinə təslim olmayacağını bildirərək deyib: Avropa Vaşinqtona, hansısa ölkə ilə ticarət əlaqələri qurmağı dikte etmək icazəsi vermir və buna görə də İranla Vyana razılaşmasına sadiq qalacaq. 

Altmayer deyib: Almaniya dövləti avropalı müttəfiqləri ilə birlikdə Amerikanın nüvə sazişindən çıxmasından sonra İranla maliyyə mübadilələrinə imkanın olmasına təzminat verilməsi yollarını axtarır. 

Aug 12, 2018 21:26 Asia/Baku
Şərhlər