Aug 14, 2018 11:26 Asia/Baku
  • Nigeriyanın şimal-şərqində terror aktlarında 10 nəfər ölüb
    Nigeriyanın şimal-şərqində terror aktlarında 10 nəfər ölüb

Nigeriyanın şimal-şərq əyalətində Boko-Haram terror qruplaşmasının törətdiyi iki terror aktı nəticəsində 10 nəfər həlak olub.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Nigeriya polisi bildirib: Adamava əyalətinin tabeliyində olan Madagali şəhərində eyni vaxtda törədilən bu iki terror aktında bir qrup vətəndaş da yaralanıb. 

Nigeriya polisi bildirir ki, hal-hazırda bu aktlarda yaralıların dəqiq sayını elan etmək mümkün deyil. 

Boko-Haram terror qruplaşması 2009-cu ildən Nigeriyanın şimalında yerləşərək bu ölkə və qonşu ölkələrin 20 mindən çox vətəndaşını qətlə yetirib, 2 milyon 600 mindən çox insanı didərgin salıb. 

Teqlər

Şərhlər