Aug 18, 2018 11:23 Asia/Baku
  • BMT işğal olunmuş ərazilərdəki fələstinlilərə dəstək barədə təklif verib
    BMT işğal olunmuş ərazilərdəki fələstinlilərə dəstək barədə təklif verib

BMT-nin baş katibi bir hesabatda işğal olunmuş ərazilərdəki fələstinlilərə dəstək barədə layihə təqdim edib.

BMT-nin baş katibi Antonio Quterreş dünən gecə BMT Baş Assambleyasının xahişi ilə hazırlanmış 14 səhifəlik bir hesabatda belə vurğulayıb: Bu layihənin icrası sionist rejimlə Fələstin xalqı arasında həmkarlıqdan asılıdır, amma Təl-Əvivin bu layihə ilə razılaşması mümkünsüz görünür.

Quterreşin dördlü planı BMT-nin işğal olunmuş ərazilərdəki meydan iştirakının gücləndirilməsi, işğal olunmuş ərazilərin sakinlərinin rifahının təmini üzrə humanitar yardımların artırılması, yoxlama-buraxılış mərkəzləri kimi həssas məntəqələrdə mülkilərə nəzarət heyətinin yaradılması, həmçinin BMT tərəfindən işğal olunmuş ərazilərdə bir hərbi qüvvənin yerləşdirilməsinə şamil edilir.

BMT-nin baş katibinin təkliflərinin reallaşması bu təşkilatın təhlükəsizlik şurası tərəfindən qətnamənin verilməsinə ehtiyac duyur.

Teqlər

Şərhlər