Aug 31, 2018 20:44 Asia/Baku
  • Qazaxıstanda
    Qazaxıstanda "sülh divarı"nın təqdimatı olub

Qazaxıstan prezidenti bu ölkənin paytaxtında "sülh divarı"nı təqdim edərək, nüvə silahının məhv edilməsini bəşəriyyətin ən mühüm hədəfi adlandırıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu mərasimdə deyib: Bütün bəşəriyyət, xalqlar və dövlətlər nüvə silahının məhv edilməsinə maraqlı olmalıdırlar.

Qazaxıstan prezidenti əlavə edib: Astana nüvə silahının məhv edilməsi və bu sahədə abidənin açılması istiqamətindəki səyləri ilə bütün dünya xalqlarının etimadını özünə cəlb edəcək.

Nazarbayev sonra bu ölkədə sülh divarının inşası və təqdimatını gənc nəslin beynəlxalq sülhü qorumağa dəvət olunması adlandırıb.

Bu divarın uzunluğu 111 metr, eni isə maksimum 18,4 metrdir. Divarın üzərində 51 dildə "sülh" sözü yazılıbdır.

Sülh divarının inşa xərci bir milyard 800 milyon "tenge" hesablanıbdır.

Teqlər

Şərhlər