• Avropa ABŞ-ın sanksiyalarına qarşı müstəqil maliyyə fondu yaradır
    Avropa ABŞ-ın sanksiyalarına qarşı müstəqil maliyyə fondu yaradır

Şpigel qəzeti bildirib ki, Almaniya, Fransa və Britaniya noyabr ayınadək Amerikadan müstəqil bir qurum yaradaraq İran ilə öz ticarət əlaqələrini davam etdirməyə səy göstərirlər.

Şpigel bu günkü sayında yazıb: Almaniyanın maliyyə naziri, onun britaniyalı və fransalı həmkarı belə bir maliyyə qrumun yaradılmasını istəyirlər. 

Bu məlumata görə, bu qrum bank olmayacağı əslində müstəqil hüquqi qurum olacağı nəzərə alınıb. 

Şpigel belə bir qrumun Avropa Birliyinə üzv olan bütün ölkələrin ixtiyarına verilməli olduğunu bildirərək yazıb: İtaliya dövləti də bu qrumun təsisində əməkdaşlıq edəcəyinə hazırlığını bildirib. 

Amerikanın nüvə sazişindən çıxmasından və İrana qarşı sanksiyaları bərpa etməsindən sonra Avropa ölkələri Vaşinqtonun bu hərəkətinə qarşı çıxdılar və nüvə sazişini qoruyub-saxlamaq yollarını axtarıb-tapmağa başladılar. 

Bu istiqamətdə AB son günlər İranla əməkdaşlıq edən Avropa şirkətlərinə ABŞ qarşısında dəstək üçün müəyyən qanunların icrasına başladı.

Teqlər

Sep 14, 2018 19:01 Asia/Baku
Şərhlər