Oct 03, 2018 19:43 Asia/Baku
  • Ağ ev Trampın jurnalist ilə davranışını ört-basdır etdi
    Ağ ev Trampın jurnalist ilə davranışını ört-basdır etdi

Ağ ev ABŞ prezidentinin son mətbuat konfransının videosunun surətində onun qadın jurnalistə qarşı təhqiramiz rəftarı ilə əlaqədar hissəsini dəyişib.

Hafinqton Post qəzeti bu gün yazıb: ABŞ prezidenti Donald Tramp son günlərdəki mətbuat konfransında ABC Nyusun müxbirləri Roz Qarden və Sisilia Veqanı sözləri ilə təhqir edib. 

Tramp bu mətbuat konfransında müxbirə sual verməsini istəyir və onun susduğunu gördükdə onu istehza edərək deyir : O şok olub və fikirləşir. Həmin müxbir fikirləşmədiyini sadəcə fikrinin yayındığını deyir Tramp isə deyir: " sən heç vaxt fikirləşmirsən" 

Ağ evin həmin müsahibənin kopiyasında sözü gedən hissələr çıxarılıb və belə iddia edilib ki, ABŞ prezidenti həmin müsahibədə belə deyibmiş: Bilirəm təşəkkür etmirsən, sən heç vaxt bunu etmirsən. 

Ağ ev bu mətbuat konfransının orijinal surətini dünən yayımlamışdı və orada Trampın qadın müxbirə qarşı təhqiramiz hərəkəti var idi. 

Tramp həmçinin Vaqanın verdiyi suala cavab verməkdən imtina edir. 

Teqlər

Şərhlər