Oct 07, 2018 17:53 Asia/Baku
  • Hindistan İrandan neft alqısını davam etdirəcək
    Hindistan İrandan neft alqısını davam etdirəcək

İran və Hindistan müştərək ticarət otağının sədri deyib ki, Hindistan ABŞ-ın təzyiqlərinə məhəl qoymadan İrandan neft alqısını davam etdirəcək.

İran və Hindistan müştərək ticarət otağının sədri İbrahim Cəmili əlavə edib: Hindistan neftayırma zavodlarından bəzilərinin əsası İran nefti üzərində qurulub.

Cəmili vurğulayıb: Amerika və Ərəbistan tərəfindən Hindistana qarşı böyük təzyiqlər göstərilir ki, bu ölkə özünə lazım olan nefti İrandan təmin etməsin.

İran və Hindistan müştərək ticarət otağının sədri Hindistan iqtisadiyyatının inkişafda olan bir iqtisadiyyat olduğunu bildirərək, deyib: Əgər Hindistan özünə lazım olan nefti İrandan təmin etməzsə, şübhəsiz, bu ölkə iqtisadiyyatı ziyan çəkəcəkdir.

Cəmili əlavə edib: İran və Hindistan neft sahəsindən əlavə, digər sahələrdə, o sıradan İranın Çabəhar limanının idarəsində böyük həmkarlığa malikdirlər.

Teqlər

Şərhlər