• Trampın təhlükəsizlik müşavirinin müavini Niki Heylini əvəz edə bilər
    Trampın təhlükəsizlik müşavirinin müavini Niki Heylini əvəz edə bilər

ABŞ prezidenti Niki Heylini əvəz edəcək seçimlərdən birinin milli təhlükəsizlik müşavirinin keçmiş müavini Dina Pavel olduğunu deyib.

Röyters-in verdiyi məlumata görə, Dina Pavel ötən il öz vəzifəsindən istifa verərək, öncəki iş yerinə, Qolden Saks bankına geri dönmüşdü. 

Niki Heyli çərşənbə axşamı gözlənilmədən istefa verib və Tramp da onun istefasını qəbul edib. 

ABŞ prezidenti Niki Heylinin şəxsi məsələlər üzündən istefa verdiyini deyərək, onun 2018-ci ilin sonunda öz vəzifəsindən ayrılacağını bildirib. 

Amma, medialar Niki Heylinin korrupsiya işinin və Tramp ilə ixtilaflarının dərinləşməsini bu istefanın əsas səbəbi olaraq göstərirlər. 

Niki Heyli istefasını elan etdikdən sonra Tramp ilə birgə mətbuat konfransında İvanka Trampı xüsusi formada tərif edib. Bunun ardınca İvanka Trampın Niki Heylinin  yerini tutacağına dair şayiələr yayılıb. 

Teqlər

Oct 10, 2018 10:23 Asia/Baku
Şərhlər