• Tramp: İrandan neft satın alacaq ölkələri nəzarətdə saxlayacağıq

ABŞ prezidenti dünən gecə Tehrana qarşı sanksiyaların icrasından sonra İrandan neft satın almağı davam etdirmək niyyətində olan ölkələrə xəbərdarlıq edibdir.

Donald Tramp müxbirlərin bəzi ölkələrin, o sıradan Hindistan və Çinin noyabrın 4-də İrana qarşı neft sanksiyalarının icra olunmasından sonra İrandan neft satın almağı davam etdirmək qərarları barədə belə deyib: Onları nəzarətdə saxlayacağıq.

Amerika mayın 8-də nüvə anlaşmasından çıxdı və ondan sonra elan etdi ki, 2018-ci il noyabrın 4-dək İranın neft ixracatını sıfıra endirəcəkdir.

Bu istiqamətdə Vaşinqton dünya ölkələrindən istəyibdir ki, Tehrana qarşı sanksiyaların bir hissəsi kimi İrandan neft idxalatını sıfıra endirsinlər.

Bir çox dünya ölkəsi, o sıradan Çin, Hindistan, Rusiya və Türkiyə bildiriblər ki, Amerikanın istəyini yerinə yetirməyəcəklər.

Amerikanın nüvə anlaşmasından çıxması daxili və beynəlxalq səviyyələrdə geniş şəkildə pislənilibdir.

 

Oct 11, 2018 13:27 Asia/Baku
Şərhlər