• Senatın bəzi üzvləri ABŞ-ın Yəmən savaşına dəstək verməsindən nigarandırlar

Amerika senatının bəzi üzvləri bu ölkənin dövlət katibinə ünvanladıqları məktubda Vaşinqtonun Yəmənə qarşı savaşda Ərəbistana və əmirliklərə dəstək verməsindən nigarançılıq ediblər.

"Uoll-Strit Journal"ın məlumatına görə, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Yəmən sahəsindəki bir çox ekspertin etirazları qarşısında səudiyyəni və əmirlikləri himayə etməsindən sonra ABŞ senatının bir qrup üzvü bir məktubda Vaşinqtonun Yəmənə qarşı savaşı himayə etməsinə son qoyulmasını istəyibdir.

Respublikaçılar və demokrat partiyalarından olan senatorların məktubunda deyilir ki, mövcud hadisələrə əsasən, Ərəbistan və əmirliklər Yəməndə insan tələfatının minimuma endirilməsi üçün addımlar atmayıblar.

Yəmən 2015-ci ilin martından səud-amerikan koalisiyasının hərbi hücumları hədəfi olubdur və bu hücumlar hələ də davam edir.

Yəmən savaşında indiyədək təqribən on bir min yəmənli öldürülüb, əlli mindən çox insan da yaralanıbdır.

ABŞ hökuməti Ərəbistan və əmirliklərin himayədarlarındandır.

Teqlər

Oct 11, 2018 19:00 Asia/Baku
Şərhlər