• Tramp Qaşıqçının qətli işinə rəğmən, Ərəbistana silah satışını himayə edib

ABŞ prezidenti Ərriyad-ın Ərəbistan rejimini tənqid edən jurnalistin qətlində əlinin olması məsələsinin qaldırılmasına rəğmən, bu rejimə silah satışının dayandırılmasına hazır deyil.

Donald Tramp "Fox News" telekanalı ilə müsahibədə deyib: Hətta əgər məlum olsa ki, Ərəbistan Camal Qaşıqçının qətlində məsuliyyət daşıyıb, amerikan silahlarının Ərəbistana satışını dayandırmamalıyıq.

ABŞ prezidenti əlavə edib ki, bəzi amerikalı senatorların Ərəbistanla əlaqələrin kəsilməsinə dair təklifini qəbul etmir.

Tramp həmçinin deyib: Bəlkə səudlar məsuliyyət daşıyıblar, amma mütləq heç bir vəchlə bu yaxşı bir mövzu olmayacaqdır.

Bir qrup amerikalı senator Qaşıqçının qətli xəbərinin yayılmasından sonra Ərriyadla əlaqələrin kəsilməsini istəyibdir.

Teqlər

Oct 11, 2018 21:30 Asia/Baku
Şərhlər