• Amerikalı senator ABŞ-ın Ərəbistana olan dəstəyini dayandırmasını istədi

Demokrat senator Kris Mirfu ABŞ-ın Yəmən savaşında Ərəbistana olan dəstəyini dayandırmasını istəyib.

Asoşeyted Press-in məlumatına görə, Konnektikut Ştatından demokrat senator Kris Mirfu ən azı müvəqqəti olaraq ABŞ-ın Yəmən savaşında Ərəbistana olan dəstəyini dayandırmasnıı istəyib. 

Həmçinin 3 respublikaçı və 4 demokrat senator ABŞ-ın müdafiə naziri Ceyms Matisə məktub ünvanlayaraq, Ərəbistanın Yəmənə olan hava hücumlarında sivil əhalinin zərər çəkməsinə dair öz nigaranlıqlarını bəyan edib.

Bu senatorlar Səudiyyə Ərəbistanının başçılıq etdiyi Anti-Yəmən koalisiyasının Yəməndə sivil əhalinin təhlükəsizliyinin diqqətə alınmasına dair açıqlamasına ciddi iradlar bildirərək, Yəmənə edilən hücumlarda mülki əhali arasında ölüm hallarının artdığını deyiblər. 

Ər-Riyad ABŞ-ın yaşıl işığı və silah dəstəyi ilə Yəməni intensiv şəkildə bombalayır. 

Teqlər

Oct 12, 2018 10:10 Asia/Baku
Şərhlər