• Britaniyalı iş adamı Camal Kaşıkçının qətlini cavabsız qoymadı

Britaniyalı iş adamı Ali-Səud rejiminin tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının qətlə yetirilməsinə etiraz olaraq Ər-Riyad ilə 1 milyard dollarlıq sərmayə qoyuluşuna dair danışıqları dayandırıb.

Röyters-in verdiyi məlumata görə, "Virgin Qrup" holdinqinin təsisçisi və rəhbəri Riçard Branson cümə axşamı Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının yoxa çıxmasının ardınca Ərəbistan ilə 1 milyard dollarlıq sərmayə qoyuluşuna dair danışıqları dayandırmasından xəbər verib. 

Branson həmçinin, Ərəbistanda Qırmızı dənizin kənarındakı iki turizm layihəsinə rəhbərliyini də müvəqqəti olaraq dayandıracağını elan edib. 

ABŞ-ın keçmiş enerji naziri Ernest Moniz də Camal Kaşıkçının yoxa çıxması və ya qətlə yetirilməsinin ardınca Ərəbistan hökumətinin milyardlıq iqtisadi layihələrində iştirakını dayandırıb. 

Bir qrup amerikalı senator da ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq, Camal Kaşıkçının qətli hadisəsini araşdırmasını istəyiblər. 

Camal Kaşıkçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra yoxa çıxıb. 

Oct 12, 2018 11:49 Asia/Baku
Şərhlər