• Tramp yenə də Ərəbistanı təhqir etdi: ABŞ olmasaydı, Səudiyyə Ərəbistanı olmazdı

ABŞ prezidenti cümə axşamı Foks Nyus kanalının "Fox & Friends" proqramı ilə müsahibədə bir daha Ərəbistanı təhqir edib.

İRİB-nin verdiyi məlumata görə, Donald Tramp ABŞ-ın uzun illərdir ki, Ər-Riyadı dəstəklədiyinə işarə edərək, deyib: ABŞ-ın dəstəyi olmasaydı, Səudiyyə Ərəbistanı da olmazdı. 

Tramp sözlərinin davamında Ərəbistan kralı Salmana ABŞ-ın dəstəyi üçün Vaşinqtona pul ödəməli olduğunu dediyini də qeyd edib. 

ABŞ prezidenti bundan öncə də bir neçə dəfə Ər-Riyadı dəstəklədiyi üçün Səudiyyə Ərəbistanının Vaşinqtona bac verməli olduğunu deyib. 

Oct 12, 2018 11:50 Asia/Baku
Şərhlər