• Medialar və tanınmış iş adamları Kaşıkçının öldürülməsinə reaksiya olaraq Ər-Riyad konfransını boykot etdilər

Ali-Səud rejiminin tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülməsinin ardınca bir çox media vasitəsi, jurnalist və tanınmış iş adamı Ər-Riyad konfransında iştirakdan imtina edib.

İRNA-nın məlumatına görə, Nyu-York Tayms, Ekonomist və Los Anceles Tayms cari ayda Ər-Riyadda keçirilməsi planlaşdırılan "Gələcəyə İnvestisiya Təşəbbüsü" adlı konfransı boykot edən nəşrlərdəndirlər. 

CNBC kanalının müxbiri Aron Ras Surgin  və Britaniyada çıxan jurnalın baş redaktoru Zani Minton Bedoz da Ər-Riyad konfransını boykot etdiklərini bildiriblər. 

Mediaların Ərəbistana qarşı təzyiqləri artırdıqları bir şəraitdə Vaşinqton Post qəzetinin baş redaktorlarından olan və Camal Kaşıkçının yazılarını dərc edən Karen Atya da Ər-Rİyadda keçirilməsi planlaşdırılan "Gələcəyə İnvestisiya Təşəbbüsü" konfransının boykot edilməsini istəyib. 

Britaniyalı Milyarder Riçard Branson da Kaşıkçının öldürülməsinə reaksiya olaraq Ərəbistanın Ümumi İnvestisiya Fondu ilə bu ölkədə 1 milyard dollar həcmində sərmayə qoyuluşuna dair danışıqları dayandırıb. 

Barak Obama dövründə ABŞ-ın enerji naziri olan Ernest Miniz də "Neom" adlı 500 milyard dollarlıq layihədən ayrılaraq, bu layihə ilə əməkdaşlığını jurnalist Camal Kaşıkçının taleyinə aydınlığın gətirilməsi ilə şərtləndirib. 

"Financial Times", "Fox Biznes" və "CNBC" də Ər-Riyad konfransında iştiraka dair qərarlarına yenidən baxacaqlarını bildiriblər. 

Teqlər

Oct 12, 2018 13:53 Asia/Baku
Şərhlər