• Amerikanın Alabama ştatında fövqəladə vəziyyət elan olunub
    Amerikanın Alabama ştatında fövqəladə vəziyyət elan olunub

ABŞ prezidenti Donald Tramp dünən Maykl qasırğası ilə bağlı bu ölkənin Alabama ştatında fövqəladə vəziyyət elan edib.

Saatda 280 kilometr sürətə malik olan Maykl qasırğası keçən həftə Amerikanın şərqi və cənub-şərqi ştatlarını bürüyübdür.

Amerika tarixinin ən güclü qasırğalarından biri kimi yad edilən Maykl qasırğası Amerikanın bəzi şəhərlərində böyük dağıntılara səbəb olub. 

Bu qasırğa nəticəsində yüz minlərlə nəfər ev-eşiyini tərk etməyə məcbur olub. Amerikada bir milyon 600 mindən çox evin işığı da kəsilibdir.

Maykl  Alabamadan əlavə, Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina və Virciniya ştatlarını da öz təsiri altına alıbdır.

Bu qasırğa on nəfərdən çox insan itkisinə səbəb olub. 

Sentyabrın 16-da da Florens qasırğası Şimali Karolina və Cənubi Karolina ştatlarında 40 nəfərdən çox insan tələfatına səbəb olmuşdu.

Oct 14, 2018 09:35 Asia/Baku
Şərhlər