Oct 18, 2018 23:52 Asia/Baku
  • "Brexit" müzakirələri yenə nəticəsiz başa çatıb

2019-cu ilin martına kimi Britaniya Avorpa İttifaqından çıxmalıdır. İndi avropalıların yerdə qalan 5 ay ərzində bu böhranın öhdəsindən necə gələ biləcəklərini zaman göstərəcək.

Britaniyanın baş naziri Tereza Mey: Hamı ciddi səy göstərir. Anlaşma mümkün nəzərə gəlir.”

Tereza Meyin proqnozuna rəğmən anlaşma əldə olunmadı. 28 Avropa ölkəsi başçısının ötən gün Brüsseldə baş tutan sammiti bir daha Britaniyanın bu birlikdən çıxması məsələsində dalana dirənib.

Avstriya kansleri Sebastiyan Kruz bu barədə jurnalistlərə verdiyi açıqlamada deyib: “Daha öncə də hansısa irəliləyişin olmayacağını demişdim. Və mənim bu proqnozum doğru çıxdı.”

Avropa İttifaqından ayrılmaq istəməyən Şimali İrlandiya Britaniya və Tereza Meyi çıxılmaz vəziyyət ilə üzləşdirib.

Mişel Barner deyir: “Şimali İrlandiya ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulmalıdır.”

Avropa Şurası prezidenti Donald Tusk isə deyir: “Mən Tereza Meydən yaranmış vəziyyətdən çıxmaq üçün real təkliflər ilə çıxış etməsini istəyirəm.”

İndi Avripa İttifaqının və Brexit-in taleyi bir daha bu bağlı qapılar arxasında masaya yatırılacaq.  

 

 

Teqlər

Şərhlər