Oct 23, 2018 20:35 Asia/Baku
  • İki Koreya arasındakı hərbi anlaşma gələn həftə qüvvəyə minəcək
    İki Koreya arasındakı hərbi anlaşma gələn həftə qüvvəyə minəcək

Cənubi Koreya prezidentinin sözçüsü iki Koreya arasında əldə olunmuş hərbi anlaşmanın gələn həftədən icraya qoyulacağını bildirib.

YUNHAP-ın verdiyi məlumata görə, Kim İv Kyum deyib: Seulun Şimali Koreya ilə hərbi anlaşmanı icra etməsi iki ölkə arasında müharibənin başa çatdığını elan edəcək bəyanatın verilməsinə imkan yaradacaq.

Cənubi Koreya prezidentinin sözçüsü deyib: Prezident Mun Cae İn-in qərarına əsasən Cənubi Koreya qarşıdan gələn iki gün ərzində Şimali Koreya ilə hərbi anlaşma layihəsini imzalayacaq.

Bu anlaşma 19 sentyabr 2017-ci ildə Cənbi Koreyanın müdafiə naziri Sonq Yonq Mu ilə Şimali Koreyanın silahlı qüvvələr naziri Nu Quanq Çul arasında Pxenyanda imzalanıb.

Teqlər

Şərhlər