Oct 25, 2018 15:47 Asia/Baku
  • Rusiyanın Amerikanın nüvə müqaviləsindən çıxma qərarı ilə mübarizəsi

Rusiya prezidenti ABŞ prezidentinin "ortamənzilli nüvə qüvvələri paktı"ndan çıxmaq barədəki qərarının ardınca Moskvanın bu ölkə ilə mübarizəsindən xəbər verib.

Rusiya prezidenti Vladimir Putin dünən Moskvada İtaliyanın baş naziri Cüzeppe Konte ilə görüşdə Amerika prezidenti Donald Trampın "ortamənzilli nüvə qüvvələri paktı"ndan çıxmaq barədəki qərarına işarə edərək, deyib ki, bu məsələ Avropanın nigarançılığına səbəb olubdur.

Rusiya prezidenti əlavə edib: Əgər Amerika özünün yeni raketlərini Avropada yerləşdirərsə, Rusiya qarşılıqlı reaksiya verəcək və bu məsələni Avropa rəhbərləri nəzərdə saxlamalıdırlar.

Putinin sözlərinə görə, Amerika bundan öncə də "ortamənzilli nüvə qüvvələri paktı"nı pozubdur.

"Ortamənzilli nüvə qüvvələri paktı" 1987-ci ildə Amerikanın və SSRİ-nin ozamankı başçıları tərəfindən imzalanmışdı və soyuq müharibə dövründə gərginliyin aradan qaldırılması üzrə mühüm addımlardan biri idi.

Teqlər

Şərhlər