Nov 02, 2018 19:05 Asia/Baku
  • Lavrov Rusiya-ABŞ ixtilaflarının artmasını qəbuledilməz adlandırıb

Rusiyanın xarici işlər naziri silah nəzarəti sahəsində Moskva-Vaşinqton ixtilaflarının günbəgün genişlənməkdə olmasına toxunaraq, Kreml-in Ağ Ev ilə dialoqa və problemlərin həllinə hazır olduğunu vurğulayıb.

Sergey Lavrov bu gün Moskvada ATƏT-in baş katibi Tomas Qriminger ilə müzakirələrinin sonunda keçirilən mətbuat konfransında deyib: Daha Moskva ilə Vaşinqton arasındakı ixtilafların həlli üzrə rabitə kanalları təsirli əməl etmirlər və bu məsələ qəbuledilməzdir.

Lavrov Moskvanın beynəlxalq müahidələrə hörmət etməsinə və onlara dəstək verməsinə toxunaraq, əlavə edib: Rusiya etibar müddəti 2021-ci ildə bitən strateji silahların azaldılması ilə bağlı "Start-3" müahidəsinin uzadılması imkanının araşdırılmasına hazırdır.

Amerikanın orta mənzilli nüvə qüvvələri paktından çıxmaq barədəki qərarı ilə gərginləşmiş Vaşinqton-Moskva əlaqələri gərginliyin yeni mərhələsinə daxil olubdur.

Ekspertlər bu qənaətdədirlər ki, Amerikanın bu qərarı "Start-3" müahidəsini də təhdidə məruz qoyubdur.

Teqlər

Şərhlər