• İspaniya və Fransada bomba alarmı
    İspaniya və Fransada bomba alarmı

İspaniya barselona metrosunun mərkəzi stansiyasıda və Fransanın şimalında bir şəhərin xəstəxanasında bomba partlayışı alarmı təhlükəsizlik tədbirlərinə səbəb olub.

AP-nin verdiyi məlumata görə, Barselona şəhər polisi bu gün bildirib ki, şəhərin metrosunun mərkəzi stansiyasının təhlükəsizlik idarəsi bir sumkada bombanın olduğunu güman edərək dərhal sərnişinləri evakuasiya edib. 

Barselona polisi təhlükəsizlik xəbərdarlığı edərək stansiyada bombanın zərərsizləşdirilməsi üçün müvafiq qruplar yerləşdirib və sumkanı araşdırdıqdan sonra onun içərisində bombanın olmadığını aşkar edib. 

Röyters də bildirib ki, Fransa polisi bu gün Dunkert şəhərində bir xəstəxanada bir qadının bomba partlayışı təhdidindən sonra ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib. 

Teqlər

Nov 07, 2018 20:29 Asia/Baku
Şərhlər