• CNN-nin müxbiri Ağ Evə buraxılmadı

ABŞ hökuməti CNN telekanalının müxbirinin Ağ Evə giriş kartını ləğv edib. Jurnalist prezidentə sual verməkdə ittiham olunur.

İRNA-nın məlumatına görə, CNN kanalının jurnalisti Cim Akusta çərşənbə günü ABŞ prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi mətbuat konfransında onun immiqrantlarla bağlı siyasətlərini sual altına aparıb. 

Tramp bu sualın ardınca görünməmiş bir hərəkətdə, diplomatik normalara və əxlaq qaydalarına sığmayan bir hərəkətdə CNN kanalının müxbirini təhqir edərək, onun mikrafonunun söndürülməsini və yerinə otuzdurulmasını istəyib. 

ABŞ prezidenti CNN telekanalını və digər müxalif informasiya kanallarını yalançılıqda ittiham edir. 

Tramp çərşənbə günü Amerikada keçirilən ABŞ Konqresinə dövrlərarası seçkilərin ardınca Ağ Evdə mətbuat konfransı təşkil edib. Bu mətbuat konfransında jurnalistlər ilə söz atışması yaşanıb və Tramp jurnalistlərin bir neçəsini danışmağa qoymayaraq, onların zorla yerlərinə otuzdurulmasını istəyib. Tramp həmçinin, jurnalistlərdən birini tərbiyəsiz və dözülməz adam adlandırıb. 

ABŞ prezidenti jurnalistlərin piyada olaraq Birləşmiş Ştatlara doğru hərəkət edən immiqrant axınını Amerika əleyhinə hücum adlandırmasının səbəbini soruşmalarının ardınca özünə nəzarəti itirib və əsəbiləşib. 

Teqlər

Nov 08, 2018 11:28 Asia/Baku
Şərhlər