• Moskva beynəlxalq

İkinci beynəlxalq "Avrasiya Belarus" insan haqları konfransı Rusiyanın pyataxtı Moskvada işə başlayıb.

İRİB-nin verdiyi məlumata görə, bu gün cümə axşamı Moskvada işə başlayan bu konfransın əsas məqsədi insan haqları ilə bağlı ombudsmanlar arası təcrübə mübadiləsidir. 

"Ombudsman" dövlət orqanlarında insan haqlarının pozulması halları ilə bağlı şikayətləri araşdıran və insan haqlarının vəziyyətinə ictimai nəzarəti təmin edən şəxsə deyilir. 

Omubdsman fəaliyyətinin təşkil edilməsində məqsəd dövlət idarələrində vətəndaşların hüquqlarının pozulmasının qarşısını almaq, baş vermiş qanun pozuntuları ilə bağlı hesabat təqdim etmək və vətəndaşların qanuni azadlıqlarının müdafiəsini təşkil etməkdir. 

Moskva iclasında İran İslam Respublikasından ölkənin Baş Yoxlama Təşkilatının sədri Nasir Sirac iştirak edir. 

Bəzi ölkələrdə o cümlədən İranda Baş Yoxlama İdarəsi "ombudsman" fəaliyyəti ilə məşğuldur. 

Nov 08, 2018 18:24 Asia/Baku
Şərhlər